Cəmiyyət

“Sea Breeze”dəki təcrübə regionlarda da tətbiq oluna bilər

26 Sep 2026, 12:15 3 baxış
“Sea Breeze”dəki təcrübə regionlarda da tətbiq oluna bilər

“Sea Breeze” layihəsinin ərazisində 5 milyon kvadratmetrdən çox tikinti aparılır.


Axar.az APA-ya istinadla xəbər verir ki, bunu “Sea Breeze” layihəsinin təsisçisi və baş icraçı direktoru Emin Ağalarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.


O bildirib ki, “Sea Breeze” layihəsi 18 kvadratkilometr ərazini əhatə edir və layihənin ilkin master-planı dəfələrlə yenilənib.


Ağalarovun sözlərinə görə, hazırda layihə çərçivəsində 5 milyon kvadratmetrdən çox tikinti həyata keçirilir.


“Biz şəhər rəsmiləri ilə birbaşa əlaqədəyik və tikintinin sürətləndirilməsi üçün çox operativ cavablar və təsdiqlər alırıq”, - o qeyd edib.


“Sea Breeze”in beynəlxalq investisiya xəritəsində Azərbaycanın layihələrindən biri kimi mövqeyinin gücləndiyini bildirən E. Ağalarov qeyd edib ki, layihənin yanaşması yalnız kvadratmetr satmaqdan ibarət deyil:


“Biz kvadratmetr deyil, həyat tərzi təqdim edirik”.


O, “Sea Breeze”dəki təcrübənin gələcəkdə digər regionlarda da tətbiq oluna biləcəyini bildirib.


Ağalarov qeyd edib ki, qarşıdakı 7-8 il ərzində layihənin nəzərdə tutulan inkişafının həyata keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, burada avtomobillər əvəzinə qolf-kartlardan istifadə olunan, yaşıl enerjiyə əsaslanan müasir şəhər mühiti yaradılması nəzərdə tutulur.


“Azərbaycan kimi ölkədə düzgün master-plan əsasında sıfırdan yeni şəhər qurmaq mümkündür”, - o əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər