İdman
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - FOTO
"Formula-2" üzrə Azərbaycan Qran-prisinin ikinci əsas yarışının qaliblərinə mükafatlar verilib. Oxu.Az xəbər verir ki, yarışın yekunlarına əsasən ilk üçlükdə qərarlaşan pilotlara mükafatlar təqdim olunub. "Invicta" komandasının pilotu Rafael Kamara birinci olub. "Campos"dan Nikola Tsolov ikinci, "Rodin Motorsport"dan Aleks Dann isə üçüncü yeri tutub.
{{gallery_15992}} "Formula-2" üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başa çatıb. Oxu.Az xəbər verir ki, "Rodin Motosport" komandasının sürücüsü Aleks Dann finiş xəttini birinci keçib. Lakin Aleks Dann yarışın gedişində qaydaları pozduğuna görə, hakimlər tərəfindən beş saniyə cərimə alıb. Bunun nəticəsində yekunda üçüncü yerə qədər geriləyib. Yarışın qalibi isə finiş xəttini ikinci keçən "İnvicta" komandasının sürücüsü Rafael Kamara olub. "Campos" komandasının sürücüsü Nikola Tsolov isə üçüncü yerlə kifayətlənib. Xatırladaq ki, bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışı 15:00-da start götürəcək. "Formula-2" üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarışa start verilib. Oxu.Az xəbər verir ki, 11:00-da start götürən yarış 12:05-ə qədər davam edəcək. "Formula-2" üzrə birinci əsas yarışda "Rodin Motorsport"dan Aleks Dann birinci, onun komanda yoldaşı Martinius Stenşorne ikinci, DAMS komandasından Dino Beqanoviç üçüncü yeri tutub. Qeyd edək ki, əsas yarış 29 dövrə və ya 60 dəqiqə + 1 dövrə davam edəcək.
{{gallery}}

Mənbə
oxu.az