İdman

"Formula-1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq

26 Sep 2026, 08:45 2 baxış
"Formula-1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq
"Formula-1" üzrə Azərbaycan Qran-prisinə bu gün yekun vurulacaq. Oxu.Az xəbər verir ki, ilk olaraq "Formula 2"də ikinci əsas yarış keçiriləcək. Sonra "Formula-1"də qalibin adına aydınlıq gələcək. Beləliklə, Bakıdakı Qran-priyə yekun vurulacaq. Qeyd edək ki, ötən gün "Formula-2"də "Dams Lukas Oil" komandasından Dino Beqanoviç sprint, "Rodin Motorsport"dan Aleks Dann birinci əsas yarışın qalibi olub. "Formula-1"də isə "Mercedes" pilotu Corc Rassell sıralama turunda ən yaxşı nəticəni göstərib. Azərbaycan Qran-prisinədək "Mercedes"in italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla liderdir. Onun Böyük Britaniyadan olan komanda yoldaşı Corc Rassell (211 xal) ikinci, "Ferrari"dən Lüis Hemilton (191 xal) üçüncüdür. Konstruktorlar Kubokunda da "Mercedes" liderdir - 503 xal. "Ferrari" ikinci (358 xal), "Maklaren" (306 xal) üçüncü pillədə qərarlaşıb. Azərbaycan Qran-prisində son günün proqramı: 26 sentyabr 11:00. "Formula-2": İkinci əsas yarış 15:00. "Formula-1": Əsas yarış.
Mənbə oxu.az

Oxşar Xəbərlər