Dünya
Həbs edilmiş erməni milyarder dindirilməyə gətirilib
Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Sarukyan bu gün yenidən ifadə vermək üçün İstintaq Komitəsinə aparılıb. Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Q.Sarukyanın mətbuat katibi İvetta Tonoyan açıqlayıb. Onun sözlərinə görə, zərərçəkmiş qismində tanınan iranlı iş adamlarının işinin istintaqı çərçivəsində Sarukyanın iştirakı ilə zəruri istintaq tədbirləri həyata keçirilir.
Mənbə
oxu.az