Dünya

Slovakiyanın sui-qəsd cəhdinə məruz qalan Baş naziri Fitso yenidən TƏHDİD EDİLİR

25 Sep 2026, 18:40 3 baxış
Slovakiyanın sui-qəsd cəhdinə məruz qalan Baş naziri Fitso yenidən TƏHDİD EDİLİR
Slovakiyanın Baş naziri Robert Fitso və ailəsi ölüm təhdidləri alıblar. Oxu.Az-ın xəbərinə görə, bu barədə "DennikN" xəbər portalı respublika hökumət aparatına istinadən məlumat verib. Məlumata görə, təhdidlər anonim xarakter daşıyır. "Daxil olan ölüm təhdidlərinin məzmunu ilə müvafiq orqanlar məşğul olurlar, hazırda hökumət aparatı mövcud vəziyyətlə bağlı şərh verməyəcək", - deyə portalda bildirilib. Eyni zamanda məlum olub ki, Robert Fitso özünün baş prokuror Maroş Jilinka ilə münasibətlərinə həsr olunmuş və cümə gününə planlaşdırılmış mətbuat konfransını ləğv edib. Baş nazir Slovakiyanın şərqinə doğru yola düşüb və orada özünün rəhbərlik etdiyi "İstiqamət - Sosial demokratiya" partiyası təşkil edilən tədbirlərdə iştirak edəcək. Baş Prokurorluğun mətbuat katibi Zuzana Drobova daha əvvəl bildirmişdi ki, Jilinka və onun həyat yoldaşı bomba vasitəsilə öldürüləcəkləri ilə bağlı təhdidlər alıblar. Drobovanın sözlərinə görə, bu təhdidlər Fitso baş prokuroru "müxalifətin əlində oyuncaq" adlandırdıqdan sonra daxil olub. Xatırladaq ki, Robert Fitso daha əvvəl də sui-qəsd cəhdinə məruz qalaraq yaralanmış və cərrahiyyə əməliyyatlarından sonra həyatını xilas etmək mümkün olmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər