Dünya

Aktauda bu dəfə azərbaycanlılar Qazaxıstana köməyə gəldilər - VİDEO

25 Sep 2026, 18:28 4 baxış
Aktauda bu dəfə azərbaycanlılar Qazaxıstana köməyə gəldilər - VİDEO
Qazaxıstanın Aktau şəhərində yaşayan azərbaycanlı diaspor nümayəndələri Xəzər sahilində axtarış-xilasetmə əməliyyatının aparıldığı ərazidə hərbçilər və xilasedicilərə isti yemək, su və içkilər aparıblar. Oxu.Az xəbər verir ki, yardım diaspor nümayəndələri, restoran sahibləri və digər sahibkarların şəxsi imkanları hesabına təşkil olunub.

Diasporun nümayəndəsi Elmir Şahsuvarovun sözlərinə görə, azərbaycanlılar axtarış-xilasetmə işləri başa çatana qədər xilasedicilərə zəruri dəstək göstərməyə hazırdırlar. Qeyd edək ki, sentyabrın 24-də Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Mangistau vilayətində keçirdiyi təlimlər zamanı hərbçilər həlak olublar. Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, hava şəraitinin kəskin pisləşməsi və güclü külək nəticəsində 19 hərbçi dənizə düşüb. Hadisə nəticəsində 12 hərbçinin öldüyü təsdiqlənib, 3 nəfər xilas edilib. Digər hərbçilərin axtarışları davam etdirilir. Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğramışdı. Qəzanın fəsadlarının aradan qaldırılmasında xilasedicilərlə yanaşı, yerli sakinlər də köməklərini əsirgəməmişdilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər