Dünya

İsrail ordusu Qəzzada HƏMAS komandirini və snayperini məhv etdi

25 Sep 2026, 17:36 3 baxış
İsrail ordusu Qəzzada HƏMAS komandirini və snayperini məhv etdi
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağına endirilən hava zərbələri zamanı valyutadəyişmə məntəqələri şəbəkəsini idarə edən HƏMAS komandirinin və radikal Fələstin hərəkatının hərbi qanadına mənsub snayperin zərərsizləşdirildiyini bəyan edib. Oxu.Az-ın məlumatına görə, bu barədə ordunun mətbuat xidmətindən bildirilib. Məlumata görə, təhlükənin qarşısını almaq məqsədilə SAXAL iki HƏMAS terrorçusunu məhv edib. Onların arasında HƏMAS-a xarici valyutada köçürmələrin həyata keçirildiyi "Mokbel" valyutadəyişmə məntəqələri şəbəkəsinin rəhbəri, komandir Cəbr Mokbel də var. Hücum anklavın mərkəzi hissəsində yerləşən Deyr-əl-Bələh şəhəri ərazisində həyata keçirilib. Hərbçilərin sözlərinə görə, SAXAL "təşkilatın infrastrukturunun və döyüş potensialının bərpa olunmasının qarşısını almaq üçün HƏMAS-ın maliyyə imkanlarını zəiflətmək istiqamətində səylərini davam etdirir". Mətbuat xidməti əlavə edib ki, Qəzza zolağının cənubunda Xan-Yunis bölgəsinə endirilən daha bir zərbə nəticəsində SAXAL HƏMAS-ın hərbi qanadının snayperi Həsən əl-Bəttanı zərərsizləşdirib. Məlumata görə, məhv edilən şəxslər "son vaxtlar SAXAL hərbçilərinə və dinc israillilərə qarşı hücumlar hazırlayır, eyni zamanda atəşkəs rejimini mütəmadi olaraq pozaraq HƏMAS-ın döyüş potensialını bərpa etməklə məşğul idilər".
Mənbə oxu.az

Oxşar Xəbərlər