İdman

Didye Deşam Türkiyə yığmasına rəhbərlik etmək təklifindən imtina edib

25 Sep 2026, 13:36 2 baxış
Didye Deşam Türkiyə yığmasına rəhbərlik etmək təklifindən imtina edib
Fransa milli komandasının sabiq baş məşqçisi Didye Deşam Türkiyə yığmasına rəhbərlik etmək təklifindən imtina edib. Oxu.Az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb. Məlumata görə, Türkiyə Futbol Federasiyası 57 yaşlı mütəxəssisi milli komandanın baş məşqçisi postuna gətirmək istəyib. Lakin Deşam məşqçilik fəaliyyətini bərpa etməzdən əvvəl bir müddət istirahət etmək qərarına gəlib və bu səbəbdən təklifi qəbul etməyib. Qeyd edək ki, Didye Deşam 2012-2026-cı illərdə Fransa millisinin baş məşqçisi olub. Onun rəhbərliyi altında Fransa 2018-ci ildə dünya çempionu, 2021-ci ildə isə UEFA Millətlər Liqasının qalibi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər