İdman
Tiaqo Silva "Şəfa"da - FOTO
"Şəfa" Tiaqo Silvanı transfer edib. Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. 26 yaşlı futbolçu ilə 2026/27 mövsümünün sona qədər müqavilə imzalanıb. Qeyd edək ki, portuqaliyalı qolkiper son 3 mövsümü Azərbaycanda - "Zirə"də keçirib. "Benfika"nın yetirməsi olan Tiaqo Silva ölkəsində isə "Vitoriya Gimaraeş", "Leyşoeş" və "Trofense" klublarının formasını geyinib.
Mənbə
oxu.az