Cəmiyyət
Bakıda anbarda YANĞIN BAŞLADI: Son durum - VİDEO
Xətai rayonunda anbarda baş verən yanğın məhdudlaşdırılıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, alovun tam söndürülməsi üçün tədbirlər davam etdirilir. Məhərrəm Əliyev Paytaxtın Xətai rayonunda, "NZS" ərazisində təkər tullantıları yığılmış anbarda yanğın başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hazırda yanğın baş vermiş əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınla mübarizə tədbirləri davam etdirilir. Ətraflı məlumat veriləcək.
Mənbə
oxu.az