İdman
Litva-Azərbaycan oyununu hansı hakimlər idarə edəcək?
UEFA Millətlər Liqasının D Divizionunda Litva və Azərbaycan milli komandaları arasında baş tutacaq görüşü idarə edəcək hakimlər briqadası müəyyənləşib. Oxu.Az xəbər verir ki, qarşılaşmada Kiprdən olan hakimlər briqadası iş başında olacaq. Oyunun baş hakimi Menelaos Antoniu olacaq. O, Pavlos Georgiu və Eraklis Komodromosun köməyindən yararlanacaq. Konstantinos Fellas dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR sisteminə Marios Çaristoforou nəzarət edəcək, ona Dimitris Solomou kömək göstərəcək. Qeyd edək ki, Litva - Azərbaycan matçı sentyabrın 27-də Kaunas şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Mənbə
oxu.az