Dünya

Çin avtomobillərinin Avropaya ixracında BÖYÜK ARTIM

25 Sep 2026, 12:48 3 baxış
Çin avtomobillərinin Avropaya ixracında BÖYÜK ARTIM
Avqust ayının statistikasına görə, Çin avtomobillərinin ən böyük idxalatçısı kimi Belçika qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Ötən ilin eyni ayı ilə müqayisədə bu Avropa ölkəsinə tədarük həcmi 76% artaraq 32 538 ədədə çatıb. Regionlar üzrə təhlil edildikdə isə 108 757 elektromobil göstəricisi ilə Asiya ən böyük idxalatçı olub (illik 2.5% artım). Avropa qitəsi idxalı 33% çoxaldaraq 94 912 avtomobilə çatdırıb. Latın Amerikasına göndərilən elektromobillərin sayı 118% artım göstərərək 43 742 ədəd təşkil edib. Çinin Avropa İttifaqına ixracı isə 31% yüksələrək 63 825 elektromobil həcmində olub. Ümumilikdə, avqust ayında Çin tərəfindən xarici bazarlara 284 622 ədəd elektromobil ixrac edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər