Dünya

Ukraynadan Rusiyaya kütləvi hücum: LUKOIL-in zavoduna da zərbələr endirildi - FOTO-VİDEO

25 Sep 2026, 13:52 3 baxış
Ukraynadan Rusiyaya kütləvi hücum: LUKOIL-in zavoduna da zərbələr endirildi - FOTO-VİDEO
Ötən gecə Ukrayna dronları Rusiyanın Perm diyarına, eləcə də Voronej, Rostov və Ulyanovsk vilayətlərinə kütləvi zərbələr endirib. Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən məlumat verir.

Məlumata görə, "LUKOIL-Permnefteorqsintez" neft emalı zavodu zərbələrə məruz qalıb. Bildirilir ki, zavodda bu yaxınlarda təmir edilmiş ilkin neft emalı qurğusuna hücum edilib. Emal zavodundan əlavə, Permdə təkər sexinin də yandığı deyilir.

Ulyanovskda "Almaz-Antey" konserninə daxil olan və radioelektron avadanlıqlar, hesablama texnikaları və rabitə vasitələri üçün komponentlər istehsal edən "Zavod İskra" elmi-istehsal müəssisəsinə zərbə endirilib. Qeyd edilir ki, zərbələrin hədəfi həmçinin "OZON" logistika mərkəzi də olub.

Eyni zamanda dronlar termoelastoplastlar və sintetik kauçuk istehsal edən "Voronejsintezkauçuk" (SİBUR) müəssisəsinə də zərbə endirib. Həmçinin Rostov vilayətində "Novoşaxtinski" neft emalı zavodu dron zərbəsinə məruz qalıb. Hücumdan sonra zavod müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər