Cəmiyyət
Zabratda partlayan su borusu ilə bağlı SON VƏZİYYƏT - FOTO
Sabunçu rayonunun Zabrat-2 qəsəbəsi, Azadlıq küçəsi, ev 12 ünvanında su borusunda baş verən qəza aradan qaldırılır. Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Sözügedən ünvanda su xəttində baş verən qəza ilə əlaqədar əraziyə briqada cəlb olunub. Hazırda şəbəkənin təmiri və bərpası istiqamətində işlər görülür", - deyə məlumatda bildirilib.
Mənbə
oxu.az