Dünya
ABŞ Suriyaya beş milyon dollarlıq artefaktları qaytardı - FOTO
ABŞ Suriyaya ümumi dəyəri 5 milyon dollardan çox olan 36 qədim artefaktı təhvil verib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Nyu-York dairəsinin prokuroru Elvin Breq bildirib. Prokurorluğun bəyanatında qeyd olunub ki, çərşənbə günü mədəni sərvətlərin Suriya xalqına təhvil verilməsi mərasimi keçirilib. Təhvil verilən eksponatlar arasında əvvəllər Palmira şəhərində olmuş daş relyef, eləcə də Suriya ərazisində yerləşən qədim Roma villasından oğurlanmış 14 unikal mozaika da var. Bu sənət əsərləri livanmənşəli qaçaqmalçı Jorj Lotfi tərəfindən Nyu-Yorka qanunsuz gətirilən 31 artefaktdan ibarət siyahının bir hissəsidir. Hazırda o, beynəlxalq axtarışdadır. Bundan əlavə, Suriyaya təhvil verilmək üçün Nyu-Yorkdakı Metropoliten Muzeyinin kolleksiyasından 13 əşya götürülüb. Daha dörd artefakt isə barəsində "çoxillik təhqiqat" aparılan qədim incəsənət nümunələrinin ən böyük kolleksiyaçılarından biri Maykl Steynhardın şəxsi kolleksiyasından götürülüb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az