Siyasət
Ceyhun Bayramov İƏT-ə çağırış etdi - FOTO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) koordinasiya iclasında çıxış edib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, nazir İƏT-in yeni baş katibini təbrik edib, artan islamofobiyaya qarşı həmrəyliyin vacibliyini vurğulayıb və Azərbaycanın Fələstinin dövlətçiliyinə verdiyi dəstəyi bir daha təsdiqləyib. O, artan regional hərbi münaqişələrdən dərin narahatlığını ifadə edərək diplomatik səylərin intensivləşdirilməsinə və qlobal miqyasda müsəlman icmalarını hədəf alan ayrı-seçkilik və zorakılıqla mübarizə üçün İƏT-in birgə fəaliyyətinə çağırış edib. Nazir 2027-ci ildə Azərbaycanda keçiriləcək İƏT sammiti üçün görülən təşkilati-hüquqi hazırlıqlar barədə məlumat verib.
Mənbə
oxu.az