Dünya

Hindistanda kişi huşunu itirmiş ilanı süni tənəffüslə xilas etdi

25 Sep 2026, 06:36 2 baxış
Hindistanda kişi huşunu itirmiş ilanı süni tənəffüslə xilas etdi
Hindistanda bir kişi huşunu itirmiş ilana süni tənəffüs tətbiq edərək onu xilas edib. Oxu.Az "The Open Press"ə istinadən xəbər verir ki, ilan kimyəvi tullantılarla çirklənmiş su çəninə düşdüyü üçün hərəkətsiz vəziyyətə düşüb. Hadisə Vapi şəhərindəki sənaye müəssisəsinin təmizləyici stansiyasında baş verib. İlan tullantı suları olan rezervuara düşüb və zəhərli maye ilə təmasdan sonra onda həyat əlamətləri itib. Müəssisənin əməkdaşları dərhal ilanları tutan və könüllü fəaliyyət göstərən Sancay Pavarı əraziyə çağırıblar. Pavar heyvanı sudan çıxarıb və təxminən iki dəqiqə ərzində ona süni tənəffüs tətbiq edib. Bundan sonra ilanda canlanma müşahidə olunub və o, özünə gəlib. Xilas edilən canlının zəhərsiz siçovul ilanı olduğu müəyyənləşib. Vəziyyəti normallaşdıqdan sonra ilan təhlükəsiz əraziyə aparılaraq meşəyə buraxılıb. Kimyəvi cəhətdən çirklənmiş su ilə birbaşa təmasda olan Pavar özü də tibbi müayinədən keçirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər