Digər

Ərdoğanın fikri dəstəklənir, Hindistan artıq “səs yığır”

25 Sep 2026, 07:00 6 baxış
Ərdoğanın fikri dəstəklənir, Hindistan artıq “səs yığır”

Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sessiyasındakı çıxışında bu təşkilatda islahatların zərurəti – Təhlükəsizlik Şurası üzvlərinin artırılması fikirini yenidən səsləndirdi. Ərdoğan bunu deyərkən Türkiyənin Təhlükəsizlik Şurasında yer alması hüququna işarə etmiş olur. Maraqlıdır ki, BMT-nin Baş katibi Antonio Quterreş də son çıxışında təşkilatda islahatların zərurətini vurğuladı.


Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.


O vurğulayıb ki, Braziliya, Yaponiya, Hindistan və Almaniyanın xarici işlər nazirləri də BMT Təhlükəsizlik Şurasında təcili islahatların aparılmasına ehtiyac olduğunu bəyan ediblər:


“Bu dörd ölkənin nazirləri BMT Təhlükəsizlik Şurasının hazırda əsas vəzifəsini, yəni bütün dünyada sülhü və təhlükəsizliyi qorumaq vəzifəsini effektiv şəkildə yerinə yetirə bilmədiyini qeyd ediblər.


Bu arada, Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Nyu Yorkda “Vışeqrad qrupu” üzvlərinin (Polşa, Çexiya, Macarıstan və Slovakiya) xarici işlər nazirləri ilə görüşü diqqəti çəkib. Bu görüşü tarixi adlandıran Cayşankar Hindistanın “Vışeqrad qrupu” üzvlərinin hər biri ilə əməkdaşlığı genişləndirmək niyyətini dilə gətirib. Yeni Dehlinin əsas məqsədi bu ölkələrin Hindistanın BMT Təhlükəsizlik Şurasında yer almasına dəstəklərini əldə etməkdir. “Vışeqrad qrupu” üzvlərinin xarici işlər nazirləri Yeni Dehlinin təşəbbüsünü dəstəkləyiblər”.

Mənbə axar.az

Oxşar Xəbərlər