Dünya
Netanyahu ilə Mamdani arasında GƏRGİNLİK: "Məni susdura bilməzsiniz"
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin Nyu-York şəhərinin meri Zohran Mamdanini BMT Baş Assambleyasının sessiyasında çıxış etmək üçün şəhərə gəlməsinə mane olmağa çalışmaqda ittiham edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, Netanyahu bu barədə çıxışı zamanı danışıb. "Cənab Mamdani, siz mənim Nyu-Yorka gəlməyimə mane olmağa çalışdınız. Siz məni susdurmağa çalışdınız. Lakin siz məni susdura bilməzsiniz. Həqiqətin səsini batırmaq mümkün deyil", - deyə İsrailin baş naziri bildirib. Netanyahu qeyd edib ki, yəhudi dövlətinin "başqa seçimi olmadığı" üçün İsrail apardığı müharibələrdə qələbə qazanacaq. "Biz ölkəmizi müdafiə etməyə və qələbə qazanmağa davam edəcəyik, çünki bizim başqa seçimimiz yoxdur", - deyə Netanyahu vurğulayıb. Xatırladaq ki, Mamdani daha əvvəl İsrailin baş nazirinin ünvanına sərt bəyanatlar səsləndirib və Beynəlxalq Cinayət Məhkəməsinin onun barəsində verdiyi həbs qərarına əsasən Netanyahunu saxlayacağını bildirib.
Mənbə
oxu.az