Cəmiyyət
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Sentyabrın 25-də Bakının bəzi ərazilərində qaz olmayacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Maştağa qəsəbəsində, Xəzər rayonunun Buzovna qəsəbəsinin bir hissəsində və Binə Atçılıq yaşayış massivində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mənbə
oxu.az