Cəmiyyət

Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO

24 Sep 2026, 04:00 3 baxış
Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO
Xətai rayonunda illərdir tikintisi yarımçıq qalan və qəzalı vəziyyətə düşən binada yeddi ailə yaşayır. Oxu.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, sözügedən bina Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 152 ünvanında yerləşir. Sakinlərin sözlərinə görə, bina vaxtilə metropoliten işçilərinin mənzillə təmin olunması məqsədilə inşa edilməyə başlanılıb. Lakin tikinti bir müddət sonra dayandırılıb.

Hazırda binanın birinci və ikinci mərtəbələrində yeddi ailə yaşayır. Sakinlər bildirirlər ki, yarımçıq tikili illər ərzində qəzalı vəziyyətə düşüb. Yağışlı havalarda isə mənzillərə su sızır. Sakin Sərmayə İbrahimovanın sözlərinə görə, problemin həlli üçün bir neçə ildir aidiyyəti qurumlara müraciət edirlər. Onlara binanın tikintisinin özəl təşkilata həvalə olunacağı və sakinlərin yeni mənzillərlə təmin ediləcəyi bildirilsə də, hələlik nəticə yoxdur. Sakinlərdən biri isə 40 il metropoliten sistemində çalışdığını və mənzilin ona növbə əsasında verildiyini deyir. O, hazırda ailəsi üçün daha təhlükəsiz mənzil istəyir. Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, binanın tikintisinə 1990-cı illərdə başlanılıb, lakin sonradan işlər dayandırılıb. Hazırda tikintisi tamamlanmayan bina heç bir qurumun balansında deyil. İcra hakimiyyətindən qeyd olunub ki, yarımçıq tikilinin müvafiq sənədləri olmadığı üçün bina qanunsuz hesab edilir. Sakinlər isə problemin həll olunmasını və təhlükəli vəziyyətdə olan binadan köçürülmələrini istəyirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər