Digər
PUA-larla mübarizə üçün Avropadan 500 milyon istədilər
Litva, Latviya və Estoniya hava məkanını pozan PUA-lara qarşı müvafiq tədbirlərin gücləndirilməsi üçün Avropa Komissiyasından 500 milyon avro istəyiblər.
Axar.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Robertas Kaunas deyib.
"Pilotsuz uçuş aparatlarına qarşı mübarizə təkcə bizim regionumuz üçün deyil, bütün Avropa üçün aktualdır. Biz bu məsələni Latviya və Estoniyadan olan həmkarlarımızla bir neçə dəfə müzakirə etmişik və Avropa Komissiyasına müraciət etmək qərarına gəlmişik", - deyə o bildirib.
Mənbə
axar.az