Cəmiyyət
Bakının bəzi ərazilərində qaz olmayacaq
Sabah Bakının Yeni Suraxanı qəsəbəsinin bəzi ərazilərində qaz olmayacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yeni Suraxanı qəsəbəsinin T.Nərimanov, 14 İyul və M.Ə.Sabir küçələrinin qaz təchizatında qisamüddətli fasilə yaranacaq.
Mənbə
oxu.az