Cəmiyyət
Keçmiş məhkum: "Azadlığa buraxılmağımdan ailəmin xəbəri yoxdur"
"Azadlığa buraxılmağımdan ailəmin xəbəri yoxdur. İstəyirəm ki, bunu ailəmə sürpriz edəm". Oxu.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən keçmiş məhkum İlqar Süleymanzadə deyib. O bildirib ki, əfv olunma xəbərini bu gün alıb: "4 il 2 ay azadlıqdan azadlıqdan məhrum edilmişdim. 3 il 1 ay idi ki, cəza çəkirdim. Cəza müddətimin bitməsinə 1 il 1 ayım qalmışdı. Bu gün eşitdim ki, əfv olunmuşam. Bu sevinci mənə bəxş etdiyi üçün ölkə başçısına özüm və ailəm adından təşəkkür edirəm".
Mənbə
oxu.az