Digər

Rusiya Kiyevdə biznes mərkəzini vurdu: ölənlər var - Foto

23 Sep 2026, 14:28 21 baxış
Rusiya Kiyevdə biznes mərkəzini vurdu: ölənlər var - Foto

Sentyabrın 23-də səhər saatlarında Rusiya ordusunun Kiyevə kütləvi dron hücumu nəticəsində şəhərdə yanacaqdoldurma məntəqələri, biznes mərkəzi, mağaza, anbar və nəqliyyat infrastrukturu zərər görüb, yanğınlar baş verib.


Axar.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.


Onun sözlərinə görə, hücum nəticəsində 2 nəfər ölüb, 22 nəfər isə xəsarət alıb.


Məlumata görə, dronlardan biri Holosiivski rayonunda dəmir yolu vağzalının yaxınlığında dördmərtəbəli biznes mərkəzinə düşüb. Həmin rayonda yanacaqdoldurma məntəqəsi və anbar da zərər görüb.


Ukrayna tərəfi hücum zamanı şəhərin bəzi ərazilərində dəmir yolu hərəkətinin də dayandırıldığını bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər