Digər

Rusiya ilə qarşılıqlı atəşkəsə hazırıq - Zelenski

23 Sep 2026, 00:45 21 baxış
Rusiya ilə qarşılıqlı atəşkəsə hazırıq - Zelenski

Kiyev enerji sahəsində Rusiya ilə qarşılıqlı atəşkəsə hazırdır.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşdən əvvəl jurnalistlərə açıqlaması zamanı deyib.


O qeyd edib ki, Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələri dayandırarsa, Ukrayna da Rusiyanın enerji obyektlərinə hücumları dayandıracaq.


Zelenski onu da bildirib ki, belə bir razılaşma enerji obyektlərinə qarşı hücumların qarşılıqlı şəkildə dayandırılmasını nəzərdə tutur.

Mənbə axar.az

Oxşar Xəbərlər