Digər
Polşa qırıcıları Rusiya təyyarəsinə görə havaya qaldırıldı
Polşa Hərbi Hava Qüvvələrinin iki qırıcı təyyarəsi Baltik dənizi üzərində uçan Rusiya İl-20 təyyarəsini müşayiət etmək üçün havaya qalxıb.
Axar.az xəbər verir ki, bunu Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış X-də məlumat verib.
O bildirib ki, hadisə Polşa sahillərindən 40 kilometr aralıda baş verib.
Qeyd edək ki, Polşa Müdafiə Nazirliyi 3 sentyabrda da oxşar hadisə barədə məlumat vermişdi.
Mənbə
axar.az