İdman
"Neftçi"nin oyununda kobud hakim səhvi olub - AFFA rəsmisi açıqladı - Video
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının VI turunda baş tutan oyunlardakı hakim qərarlarını şərh edib. Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Rəhim Həsənov "Qəbələ" - "Neftçi" oyununda baş hakim Cavid Cəlilovun qəbul etdiyi qərarlardan birinin yanlış olduğunu bildirib. Detallara varan R.Həsənov vurğulayıb ki, "Neftçi"nin 11 nömrəli oyunçusu Alen Şkribekin "Qəbələ"nin 5 nömrəli futbolçusu Natan Monzanqoya qarşı qayda pozuntusu birmənalı olaraq qırmızı vərəqəlik epizod olub. Lakin baş hakim bu vəziyyətdə sadəcə sarı vərəqə ilə kifayətlənərək səhvə yol verib. Ətraflı videoda:
Mənbə
oxu.az