Dünya
Tehran səmasında uçan naməlum obyekt göründü - Video
Tehran səmasında uçan naməlum obyekt (UNO) görünüb. Oxu.Az xəbər verir ki, müvafiq görüntülər "Clash Report" tərəfindən yayımlanıb.
Tehran səmasında əlvan işıqların göründüyü videolar 20 sentyabr 2026-cı ildə, 1976-cı ildə baş vermiş məşhur insidentdən düz 50 il sonra sosial şəbəkələrdə yayılmağa başlayıb. Həmin vaxt İranın "F-4 Phantom" qırıcıları parıldayan naməlum obyektə müdaxilə etmək üçün havaya qaldırılmışdı. Pilotlar obyektə yaxınlaşarkən cihazların və rabitə sistemlərinin sıradan çıxdığını bildiriblər. Radardakı hədəfin ölçüsü isə "KC-135" yanacaqdolduran təyyarəsi ilə müqayisə edilib. İndi isə Azadeqan magistral yolu və Milad qülləsi ətrafından çəkildiyi bildirilən kadrlarda səssiz şəkildə hərəkət edən və ya havada sabit qalan, lakin hündürlüyünü, sürətini və ölçüsünü müəyyən etməyə imkan verməyən qırmızı, yaşıl və mavi rənglərdə parıldayan işıqlar qrupu əks olunub. İranın aviasiya və hərbi hakimiyyət orqanları indiyədək obyektin nə olduğunu açıqlamayıblar.

Mənbə
oxu.az