İdman

İspaniya millisi Luis de la Fuente ilə bağlı qərarını verdi - Rəsmi

21 Sep 2026, 19:28 1 baxış
İspaniya millisi Luis de la Fuente ilə bağlı qərarını verdi - Rəsmi
İspaniya Kral Futbol Federasiyası (RFEF) milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətini uzadıb. Oxu.Az xəbər verir ki, 65 yaşlı mütəxəssislə yeni müqavilə 2032-ci ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti 2028-ci ilin yayında başa çatmalı idi. Qeyd edək ki, Luis de la Fuente 2022-ci ildən İspaniya millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2026-cı ildə dünya, 2024-cü ildə Avropa çempionu olub, həmçinin 2022/2023 mövsümündə UEFA Millətlər Liqasının qalibi adını qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər