İdman
"Fənərbağça" Azərbaycanda meydana çıxacaq: "Turan Tovuz"la matçın vaxtı açıqlandı
"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb. Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Qeyd edək ki, matçın biletləri sabahdan etibarən satışa çıxarılacaq.
Mənbə
oxu.az