Digər

Xudavəngdən aparılan xaçdaşlar barədə rəsmi açıqlama

21 Sep 2026, 20:29 2 baxış
Xudavəngdən aparılan xaçdaşlar barədə rəsmi açıqlama

Kəlbəcər rayonunun işğalından sonra Xudavəng monastırında da “bərpa” işləri görülüb.


Kult.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.


Onun sözlərinə görə, “bərpa” işləri Ermənistan Respublikası və erməni apostol kilsəsinin vəsaiti hesabına 1997-2011-ci illərdə həyata keçirilib.


“2014-cü ildən başlayaraq monastırın unikal freskalarının “bərpa”sı da aparılıb. İşğalçı qüvvələr Kəlbəcər rayonunu tərk edərkən Xudavəng monastır kompleksini talan edib, kompleksə məxsus olan xaçlar, zənglər və digər elementlər Ermənistan Respublikasına aparılıb, o cümlədən, freskalar da divardan kəsilərək oğurlanıb, sonralar “Ermənistanın sənət əsərləri” kimi müxtəlif xarici sərgilərdə nümayiş etdirilib. Bununla bağlı 9 oktyabr 2025-ci il tarixində Xudavəng monastırından sökülərək ölkə ərazisindən qanunsuz çıxarılmış freska və xaçdaşlar barədə məlumatlar İnterpolun “Oğurlanmış incəsənət əsərləri bazası”na daxil edilib. Bu da həmin artefaktların İnterpola üzv dövlətlərdən birinin ərazisində aşkar edilməsi halında onların Azərbaycan Respublikasına qaytarılması istiqamətində beynəlxalq hüquq-mühafizə mexanizmlərini ehtiva edir”, - Dövlət Xidmətinin rəisi vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər