Siyasət
Ermənilərin Xudavəngdən apardığı freska və xaçdaşlar barədə məlumatlar İnterpolun bazasına daxil edilib
"Kəlbəcər rayonunun işğalından sonra Xudavəng monastırında da "bərpa" işlərinə başlanılıb". Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib. Onun sözlərinə görə, "bərpa" işləri Ermənistan Respublikasının və Erməni Apostol Kilsəsinin vəsaiti hesabına 1997-2011-ci illərdə həyata keçirilib. S.Hacıyeva bildirib ki, 2014-cü ildən başlayaraq monastırın unikal freskalarının da "bərpa"sı aparılıb. "İşğalçı qüvvələr Kəlbəcər rayonunu tərk edərkən Xudavəng monastır kompleksini talan edərək, kompleksə məxsus xaçları, zəngləri və digər elementləri Ermənistana aparıblar. O cümlədən, freskalar da divardan kəsilərək oğurlanıb, sonralar xaricdə "Ermənistanın sənət əsərləri" kimi müxtəlif sərgilərdə nümayiş etdirilib. Bununla bağlı 9 oktyabr 2025-ci il tarixində Xudavəng monastırından sökülərək ölkə ərazisindən qanunsuz çıxarılan freska və xaçdaşlar barədə məlumatlar İnterpolun "Oğurlanmış incəsənət əsərləri bazası"na daxil edilib. Bu da həmin artefaktların İnterpola üzv dövlətlərdən birinin ərazisində aşkar edilməsi halında onların Azərbaycan Respublikasına qaytarılması istiqamətində beynəlxalq hüquq-mühafizə mexanizmlərindən istifadə imkanını yaradır", - Dövlət Xidmətinin rəisi vurğulayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər