Digər
Alimi yardım üçün xahiş etdi, Tramp isə söz vermədi...
Ötən gün ABŞ Prezidenti Donald Tramp Yəmən Prezidenti Rəşad əl-Alimi ilə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, telefon danışığında Alimi ABŞ-dan husilərə qarşı mübarizədə Yəmən hökumətinə dəstək göstərməsini xahiş edib. Lakin Tramp hərbi dəstək göstərəcəyinə dair hər hansı bir söz verməyib.
Qeyd edək ki, cari ayın əvvəlində husilər Bab əl-Məndəb boğazı boyunca strateji ərazilər üzərində nəzarəti ələ keçiriblər.
Mənbə
axar.az