İdman

"Barselona" "Bavariya"nın hücumçusu üçün 100 milyon avro ödəməyə hazırdır - Foto

21 Sep 2026, 16:41 2 baxış
"Barselona" "Bavariya"nın hücumçusu üçün 100 milyon avro ödəməyə hazırdır - Foto
İspaniyanın "Barselona" klubu Almaniyanın "Bavariya" komandasında çıxış edən 18 yaşlı hücumameyilli yarımmüdafiəçi Lennart Karlın inkişafını yaxından izləyir. Oxu.Az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Bavariya"nın Lennart Karlı satmaq niyyətində olmadığı bildirilir. Buna baxmayaraq, Münhen təmsilçisi gələcəkdə futbolçunun transferinə razılıq versə, onun üçün yüksək məbləğ tələb edəcək. Məlumata görə, "Barselona"nın idman direktoru Deku mümkün transfer üçün tələb olunacaq məbləğdən xəbərdardır. "Bavariya"nın Karl üçün təxminən 100 milyon avro tələb edə biləcəyi qeyd olunur.
"Barselona" "Bavariya"nın hücumçusu üçün 100 milyon avro ödəməyə hazırdır - Foto "Barselona" "Bavariya"nın hücumçusu üçün 100 milyon avro ödəməyə hazırdır - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər