Siyasət
Diplomatların azad edilmiş ərazilərimizə səfəri ermənilərə necə od qoydu? - Video
Xarici diplomatların Qarabağa səfəri və bu çərçivədə bölgədə aparılan müşahidələr Ermənistanda, erməni mediasında müxtəlif reaksiyalara səbəb olub. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, Ermənistan rəsmiləri və erməni ekspertlər səfərlə bağlı Azərbaycana qarşı qərəzli açıqlamalar veriblər. Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında bildirib ki, Azərbaycanın Qarabağdakı guya erməni dini abidələrini qeyri-erməni irsi kimi təqdim etməsi qəbuledilməzdir. Hərçənd, bunun sülh prosesinə mane olmayacağını da əlavə edib. Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan isə qərəzi bir qədər də artıraraq, Bakının Qarabağdakı monastırlarla bağlı irəli sürdüyü tarixi tezislərin əleyhinə danışıb. O unudub ki, bunlar tezis yox, tarixi faktlardır.
Erməni politoloq, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Tiqran Qriqoryan bildirib ki, müxtəlif beynəlxalq təşkilatları və dövlətləri təmsil edən diplomatların guya etnik təmizlənmə nəticəsində bir dənə də olsun erməninin qalmadığı əraziyə səfər etməsi qəbuledilməzdir. O, "Artsax" terminindən istifadə edib, amma belə bir adlı yerin olmadığını, ermənilərin Qarabağdan könüllü köçdüklərini isə "unudub". "JAMnews" saytı redaksiya məqaləsində yazıb: "Bakı rəsmiləri doğrudanmı bilmirlər ki, standart beynəlxalq təcrübəyə görə, qədim orijinal kitablar kilsələrdə deyil, arxivlərdə və mühafizə olunan xüsusi anbarlarda saxlanılır?" Amma nəzərə almaq istəməyiblər ki, tarix təkcə kilsə kitabələri əsasında yazılmır. Erməni diasporunun nəşri olan "Asparez" qəzeti isə Ermənistan hökumətini bu hadisəyə zəif reaksiya verdiyinə görə tənqid edib. Maraqlıdır, görəsən, erməni hakimiyyəti güclü reaksiya verib nə etməli idi? "Ermənistan Sülh Körpüsü" təşəbbüsü adlanan qurum bəyanat yayaraq beynəlxalq birliyi Azərbaycanın narrativlərinə aldanmamağa çağırıb. "Armenian Weekly" qəzeti diplomatların səfərini Bakının genişmiqyaslı təbliğat kampaniyası adlandıraraq yazıb ki, xarici nümayəndələrə yollar, tunellər və infrastruktur layihələri ilə yanaşı, mədəniyyətin silinməsi və tarixin yenidən yazılması faktları nümayiş olunub.

Mənbə
oxu.az