Dünya
Çin lideri Si Cinpin ABŞ-yə rəsmi səfərə gedir
Çin lideri Si Cinpin 23-25 sentyabr tarixlərində ABŞ-də rəsmi dövlət səfərində olacaq. Oxu.Az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Si Cinpinin Birləşmiş Ştatlara səfəri Ağ Ev rəhbəri Donald Trampın dəvəti əsasında həyata keçiriləcək.
Mənbə
oxu.az