İdman

"Formula-1" üzrə Azərbaycan Qran-prisi: Rəsmi yarış cədvəli açıqlandı

21 Sep 2026, 13:35 24 baxış
"Formula-1" üzrə Azərbaycan Qran-prisi: Rəsmi yarış cədvəli açıqlandı
Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin yarış həftəsinin rəsmi cədvəli açıqlanıb. Oxu.Az xəbər verir ki, Bakı Şəhər Halqasında baş tutacaq yarış həftəsi sentyabrın 24-də başlayacaq. Yarış proqramına əsasən, sentyabrın 24-də bolidlər yerli vaxtla 12:30-13:30-da birinci, 16:00-17:00-da isə ikinci sərbəst yürüş üçün trekə çıxacaqlar. Sentyabrın 25-də saat 12:30-13:30-da üçüncü sərbəst yürüş keçiriləcək. Həmin gün saat 16:00-17:00-da əsas yarışın start düzülüşünü müəyyənləşdirəcək sıralanma turu baş tutacaq. Azərbaycan Qran-prisinin qalibini müəyyənləşdirəcək əsas yarış sentyabrın 26-da saat 15:00-da start götürəcək. "Formula-1" üzrə Azərbaycan Qran-prisi 24 sentyabr, cümə axşamı 12:30-13:30 - Birinci sərbəst yürüş (FP1); 16:00-17:00 - İkinci sərbəst yürüş (FP2). 25 sentyabr, cümə 12:30-13:30 - Üçüncü sərbəst yürüş (FP3); 16:00-17:00 - Sıralanma turu. 26 sentyabr, şənbə 15:00 - Əsas yarış.
Mənbə oxu.az

Oxşar Xəbərlər