İdman
Messidən növbəti möhtəşəm nəticə: Peleni geridə qoydu
"İnter Mayami"nin hücumçusu Lionel Messi futbol tarixində cərimə zərbələrindən vurulan qolların sayına görə ikinci pilləyə yüksəlib. Oxu.Az xəbər verir ki, argentinalı ulduz bunu MLS-də "San-Dieqo" ilə 2:2 hesablı heç-heçə etdikləri matçda bacarıb. 39 yaşlı futbolçu karyerasında cərimə zərbələrindən 71-ci qolunu vuraraq əfsanəvi Peleni (70) geridə qoyub. Bu göstəricidə rekord 77 qolla Juninyo Pernambukanoya məxsusdur. Qeyd edək ki, Messi "San-Dieqo" ilə oyunda "İnter Mayami"nin heyətində rəsmi turnirlərdə 101-ci qolunu vurub. O, cari mövsümdə MLS-də keçirdiyi 22 matçda 20 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə
oxu.az