Dünya
Hələbdə hərbi anbarda partlayış: Ölən və yaralananlar var -Video
Suriyanın Hələb şəhərində partlayışlar qeydə alınıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, hadisə şəhərin kənarında yerləşən Əl-İs rayonu istiqamətində baş verib. Mülki müdafiə xidmətinin rəhbəri Feysəl Məhəmməd Əli "Al-Ikhbariya" telekanalına açıqlamasında bildirib ki, sözügedən ərazidə hərbi anbar yerləşir və orada döyüş sursatlarının detonasiyası baş verib.
"Ölən və yaralananlar barədə məlumat daxil olub", - deyə o vurğulayıb. Lakin xilasetmə qrupları və təcili tibbi yardım maşınları zərərçəkənləri təxliyə etmək üçün hələlik hadisə yerinə yaxınlaşa bilmirlər. Ərəb respublikasının keçid hökumətində fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazir Rəed əs-Salehin sözlərinə görə, hadisə nəticəsində ən azı dörd nəfər xəsarət alıb. Nazir telekanala müsahibəsində bildirib ki, bu, yalnız ilkin məlumatlardır, çünki sursatların partlaması hələ də davam edir. Onun sözlərinə görə, xilasetmə qrupları anbarın yerləşdiyi Əl-İs ərazisinə cəlb ediliblər. Əs-Saleh yerli sakinləri təhlükəli ərazidən uzaq durmağa çağırıb. Məlumata görə, Əl-İs istiqamətindəki yollar tamamilə bağlanıb və ərazi təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb.

Mənbə
oxu.az