Dünya

Moskvada azərbaycanlıların da çalışdığı "Sadovod" bazarı dron hücumuna məruz qalıb

20 Sep 2026, 16:34 3 baxış
Moskvada azərbaycanlıların da çalışdığı "Sadovod" bazarı dron hücumuna məruz qalıb
Ukrayna Ordusunun Moskvaya dron hücumu zamanı "Sadovod" bazarı zərər görüb. Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin vurduğu dronun qalıqları "Sadovod" Ticarət Mərkəzinin birinci sırasının damına düşüb. Nəticədə yanğın baş verib. Qısa müddətdə yanğın söndürülüb.


Dünya
Moskvaya ən kütləvi dron hücumu olub: Ölənlər var - Video





Oxu.Az xəbər verir ki, ticarət mərkəzində çalışan azərbaycanlı sahibkarların APA-ya dediklərinə görə, onların mağazaları müvəqqəti bağlanıb. Qeyd edək ki, Moskvanın Kapotnya rayonunda yerləşən Neft Emalı Zavodu və "Sadovod" bazarı yaxın məsafədə yerləşirlər. Neft emalı zavodunu hədəfə alan dronların qalığının ticarət mərkəzinə düşdüyü bildirilib.
Moskvada azərbaycanlıların da çalışdığı "Sadovod" bazarı dron hücumuna məruz qalıb
Mənbə oxu.az

Oxşar Xəbərlər