Dünya
NASCAR-da qalmaqal: Pilotlar finişdən sonra yumruq davasına çıxdılar - Video
ABŞ pilotları Karson Hosevar və Rayan Bleyni Bristolda keçirilən NASCAR yarışının finişindən sonra dava ediblər. Oxu.Az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, "NASCAR Cup Series" çempionatının 29-cu mərhələsinin sonunda sürücülər arasında insident baş verib və nəticədə Bleyni yarışdan çıxıb. Onlar ikinci yer uğrunda mübarizə aparırdılar, lakin Bleyni çəpərə çırpılaraq yalnız 33-cü yeri tutub, Hosevar isə üçüncü olub.
Finişdən sonra Bleyni Hosevarı itələyib, o isə rəqibinin üzünə iki yumruq zərbəsi endirib və Bleyni yerə yıxılıb. Ayağa qalxan Bleyni də Hosevarın üzünə zərbə endirib, bundan sonra yarışçıları aralayıblar. "Xüsusi bir söhbətimiz olmadı. O, sadəcə bir kəlmə işlədib davaya başladı, mən də buna dözmək fikrində deyildim. Qələbə uğrunda mübarizədə dəfələrlə mənim maşınıma çırpılıblar. Burada isə söhbət cəmi ikinci yerdən gedirdi və o, davaya əl atdı", - deyə Hosevar qeyd edib. Mərhələnin qalibi isə Coi Loqano olub.

Mənbə
oxu.az