Cəmiyyət
Qarabağa qayıdan minlərlə sakin işlə təmin olunub - Rəqəmlər - Foto
Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə köçürülmüş sakinlərdən 3 867 şəxs məşğulluq tədbirlərinə cəlb edilib. Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, onlardan 3 723-nün məşğulluğu təmin olunub, o cümlədən, 560 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. Sakinlərdən 144 şəxs isə peşə hazırlığına cəlb edilib. Hazırda Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə daha 660-dək şəxsin məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az