Cəmiyyət
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıyev Ağdamda şirkətlərdən birində mühafizəçi işləyib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az