Digər

Makron Trampa cavab verdi: Bu ərazilər bizimdir

20 Sep 2026, 16:03 1 baxış
Makron Trampa cavab verdi: Bu ərazilər bizimdir

Sen-Pyer və Mikelon Fransaya məxsusdur. Bu, aşkar məsələdir.


Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın Sen-Pyer və Mikelonu Amerika ərazisi kimi təsvir edən xəritəni paylaşmasına münasibət bildirərkən deyib.


“Bu məqamı dəfələrlə təkrarlamaq niyyətində deyiləm. Trampın bəyanatları ciddi siqnaldır”, - o bildirib.


Qeyd edək ki, sentyabrın 7-də Donald Trampın "Truth Social" sosial şəbəkəsində paylaşdığı xəritədə Kanada, Qrenlandiya, İslandiya və bəzi digər ərazilərlə yanaşı, Fransaya məxsus Sen-Pyer və Mikelon arxipelaqı da ABŞ bayrağının rəngləri ilə təsvir olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər