İdman

Rafinya "Barselona" tarixində mütləq rekord müəyyənləşdirdi

20 Sep 2026, 11:14 3 baxış
Rafinya "Barselona" tarixində mütləq rekord müəyyənləşdirdi
İspaniyanın "Barselona" klubunun braziliyalı hücumçusu Rafinya Kataloniya təmsilçisinin heyətində mövsümün ilk oyunlarında vurulan qolların sayına görə mütləq rekorda imza atıb. Oxu.Az Rg.ru-ya istinadən xəbər verir ki, kataloniyalılar ölkə çempionatının 7-ci turunun səfər qarşılaşmasında "Sevilya"ya 3:1 hesabı ilə qalib gəliblər, 29 yaşlı braziliyalı isə het-trik müəllifi olub.


Dünya
İspaniya La Liqası: "Barselona" "Sevilya"nı məğlub etdi - Video





Bu uğur sayəsində Rafinyanın aktivində bütün rəsmi turnirlər nəzərə alınmaqla mövsümün ilk səkkiz matçında artıq 14 qol var. Braziliyalı hücumçu İspaniyanın dördqat çempionu Sesar Rodriqesin tarixi nailiyyətini geridə qoyub. Rodriqes 1948/49 mövsümündə analoji oyun kəsiyində 13 qola imza atmışdı.
Rafinya "Barselona" tarixində mütləq rekord müəyyənləşdirdi
Mənbə oxu.az

Oxşar Xəbərlər