Siyasət
İrəvanın puç olmuş "yeni müharibə" xülyası və Azərbaycanın yaratdığı alternativsiz nizam
"Cənubi Qafqazda formalaşan yeni geosiyasi nizamı və münaqişədən sonrakı nizamlanma dinamikasını beynəlxalq hüquq və qüvvələr nisbəti prizmasından təhlil etdikdə görünən ilk mənzərə ondan ibarətdir ki, 2018-ci ildən sonra Ermənistanın siyasi rəhbərliyinin nümayiş etdirdiyi davranış modeli, verilən bəyanatlar və hərbi-strateji addımlar regionda otuz il davam edən işğal rejiminin saxlanılması və status-kvonun dondurulması üçün sistemli cəhdlərin göstərildiyini ortaya qoyur". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, xüsusən Nikol Paşinyanın "danışıqları sıfırdan başlamaq" təşəbbüsü, ATƏT-in Minsk Qrupu çərçivəsində formalaşmış baza prinsiplərini inkar etməsi, eləcə də danışıqlar formatını dəyişdirərək qanunsuz rejimi tərəf kimi prosesə cəlb etmək cəhdi dinc nizamlama mexanizmlərini iflic etmişdi:
"2019-cu ilin avqustunda Xankəndidə səsləndirilən "Qarabağ Ermənistandır, nöqtə" şüarı beynəlxalq hüququn təməl prinsiplərini, xüsusən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini açıq şəkildə heçə sayan ilhaq siyasətinin rəsmi bəyanı idi. Bu yanaşma, eyni zamanda, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın Vaşinqtonda elan etdiyi "yeni müharibə, yeni ərazilər" konsepsiyası ilə tam üst-üstə düşərək İrəvanın yeni təcavüzkar hücum strategiyasına keçdiyini və sülh prosesini yekun olaraq dayandırdığını nümayiş etdirdi. Ermənistan rəhbərliyinin bu doktrinası praktiki müstəvidə işğal olunmuş ərazilərdə Yaxın Şərqdən gətirilən erməniəsilli şəxslərin qanunsuz məskunlaşdırılması kimi müharibə cinayətləri və 2020-ci ilin iyulunda Tovuz istiqamətində həyata keçirilən hərbi təxribatla davam etdirildi. Sirr deyil ki, Tovuz döyüşləri yalnız strateji kommunikasiya xətlərini təhdid etmək məqsədi daşımırdı, eyni zamanda Ermənistanın Azərbaycana qarşı yeddi qəbuledilməz şərt irəli sürməsi ilə nəticələnən hərbi-siyasi avantüra idi. Bu mərhələdə diplomatik kanalların tamamilə tükənməsi və Ermənistanın sistemli təxribatları göstərdi ki, beynəlxalq hüququn aliliyi mexanizmləri işləmədikdə dövlətlərin öz suverenliyini təmin etmək üçün BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş fərdi və ya kollektiv özünümüdafiə hüququna müraciət etməsi alternativsiz zərurətə çevrilir". B.Məhərrəmov vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi də məhz bu hüquqi və strateji zərurətdən qaynaqlandı: "Azərbaycan özünümüdafiə hüququ çərçivəsində tətbiq etdiyi hərbi-siyasi vasitələrlə BMT TŞ-nin otuz il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdi və suveren ərazilərinin böyük bir hissəsini işğaldan azad edərək Paşinyana kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qoymadı. Lakin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarını pozaraq Ermənistanın öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmaması, Zəngəzur dəhlizinin açılması və Naxçıvanla maneəsiz əlaqənin təmin olunması öhdəliyini müxtəlif bəhanələrlə ləngitməsi, ən başlıcası isə humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan hərbi rotasiya və yeni minaların gətirilməsi üçün istifadə edilməsi Ermənistanın revanşizm xəyalından tam imtina etmədiyini göstərirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi addımlar - 2023-cü ilin aprelində Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması və həmin ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri - separatizmin kökünü kəsməklə ölkənin bütün ərazisində suverenliyi tam bərpa etdi. Məhz bu qətiyyətli hərbi-strateji gedişlər regionda alternativsiz bir reallıq yaratdı. Yəni bu gün Ermənistanın və ya onun rəhbərliyinin sülh müqaviləsi, ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin delimitasiyası haqqında danışması onların sülhpərvər xarakterindən və ya daxili siyasi təkamülündən irəli gəlmir". Parlamentarinin sözlərinə görə, siyasi-hüquqi baxımdan cari sülh gündəliyi Ermənistanın xoş məramının nəticəsi deyil, Azərbaycanın tətbiq etdiyi gücün, strateji iradənin, həmçinin Ali Baş Komandanın yaratdığı hərbi-diplomatik üstünlüyün formalaşdırdığı obyektiv zərurətin nəticəsidir: "Yəni postmüharibə dövründə İrəvanın nümayiş etdirdiyi davranış xətti onun beynəlxalq hüquqi öhdəliklərə sadiqliyindən və daxili iradəsindən deyil, sırf məcburiyyətdən qaynaqlanır. Ermənistan rəhbərliyi Azərbaycanın yaratdığı bu alternativsiz reallıqlar və geosiyasi məcburiyyət qarşısında qalmasaydı, bugünkü nisbi konstruktiv mövqeyi nümayiş etdirməzdi. Dolayısı ilə, Cənubi Qafqazdakı cari sülh prosesi Ermənistanın sülhsevərliyinin deyil, Azərbaycanın Böyük Zəfərinin və dövlət başçısının nümayiş etdirdiyi dəmir iradənin birbaşa hüquqi və siyasi nəticəsidir".

Mənbə
oxu.az