İdman

Premyer Liqa: Tura bu oyunlarla yekun vurulacaq

20 Sep 2026, 10:26 5 baxış
Premyer Liqa: Tura bu oyunlarla yekun vurulacaq

Misli Premyer Liqasında VI tura bu gün yekun vurulacaq.


Axar.az xəbər verir ki, turun son oyun günündə iki görüş baş tutacaq.


Əvvəlcə "Şamaxı" evdə "Araz-Naxçıvan"ı qəbul edəcək. Saat 16:30-da start götürəcək qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək.


"Şamaxı" hazırda 6 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alıb. 2 xala malik "Araz-Naxçıvan" isə 11-ci pillədədir.


Tura Gəncə şəhər şəhər stadionunda yekun vurulacaq. "Sumqayıt" səfərdə "Kəpəz"in qonağı olacaq. Əliyar Ağayevin idarə edəcəyi görüş saat 19:00-da başlayacaq.


"Kəpəz" hazırda 6 xalla 6-cı yerdədir. Cəmi 1 xalı olan "Sumqayıt" isə sonuncu - 12-ci pillədə qərarlaşıb.

Mənbə axar.az

Oxşar Xəbərlər