Cəmiyyət

Qarabağda 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edildi

20 Sep 2026, 12:36 3 baxış
Qarabağda 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edildi

Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə köçürülmüş sakinlərdən 3 867 şəxs məşğulluq tədbirlərinə cəlb edilib.


Bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.


Qeyd olunub ki, onlardan 3 723-nün məşğulluğu təmin olunub, o cümlədən, 560 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.


Sakinlərdən 144 şəxs isə peşə hazırlığına cəlb edilib.


Hazırda Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə daha 660-dək şəxsin məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər