Dünya
İspaniya La Liqası: "Barselona" "Sevilya"nı məğlub etdi - Video
İspaniya La Liqasının VII turunda "Barselona" səfərdə "Sevilya"nı 3:1 hesabı ilə məğlub edib. Oxu.Az xəbər verir ki, qarşılaşma Sevilyadakı "Ramon Sançes Pisxuan" stadionunda keçirilib.
Meydan sahibləri 19-cu dəqiqədə Yusuf Fofananın qolu ilə hesabı açıblar. Üç dəqiqə sonra Rafinya hesabı bərabərləşdirib. Braziliyalı hücumçu 52-ci dəqiqədə ikinci qolunu vuraraq "Barselona"nı önə keçirib. Rafinya 69-cu dəqiqədə het-trik edərək qarşılaşmada son nöqtəni qoyub - 3:1. Bu qələbədən sonra yeddi oyunda 21 xal toplayan "Barselona" La Liqanın turnir cədvəlinə başçılıq edir. "Sevilya" isə 13 xalla beşinci pillədə qərarlaşıb.

Mənbə
oxu.az